Peugeot 3008 1.6 BlueHDi Active EAT6 dizel mühərrikli 300 nm və 6 ötürücülü avtomatik transmissiyaya malikdir. 0-100 sürətlənmə üçün 11.6 saniyə tələb edilir. Maksimal sürət 185 km/saat təşkil edir. ABS, EBD sistemləri var. Yanacaq sərfiyyatı 100 km üçün aşağıdakı kimidir:
- Şəhər daxili: 4.7 litr
- Şəhər xarici: 3.9 litr
- Ortalama: 4.2 litr
- Yanacaq tutumu: 53 litr
Boş halda avtomobilin çəkisi 1315 kq-dır. Baqaj həcmi isə 520 kq-dır. Avtomobilin ölçüləri aşağıdakı kimidir:
Uzunluq: 4447 mm
En: 1841 mm
Hündürlük: 1620 mm
Avtomobildə həm sürücü, həm də sərnişinlər üçün hava yastıqları mövcuddur. Texnoloji cəhətdən də avtomobildə tətbiqlər mövcuddur. Sürət məhdudlaşdırıcı sistem, USB girişi, Bluetooth bağlantısı mövcuddur. Elektron sistemli kondisioner, arxa şüşələrin idarə olunması funksiyalarına malikdir.
Mazda CX-5 2.0 Power AT
160 at gücünə malik bu avtomobilin maksimal sürəti 187 km/saatdır. 0-100 sürətlənmə üçün 9.1 saniyə tələb olunur. Benzin mühərriklidir, 6 ötürücülü avtomatik avtomobildir.
Yanacaq sərfiyyatı aşağıdakı kimidir:
- Şəhər daxili: 8.0 litr
- Şəhər xarici: 5.8 litr
- Orta yanacaq sərfiyyatı: 6.6 litr
- Yanacaq tutumu: 58 litr
Avtomobilin çəkisi 1460 kq təşkil edir. Baqaj həcmi 503 litr təşkil edir. Avtomobilin ölçüləri aşağıdakı kimidir:
Uzunluq: 4555 mm
En: 1840 mm
Hündürlük: 1670 mm
Təhlükəsizliyinizi qorumaq üçün sürücü və sərnişinlər üçün hava yastıqları mövcuddur. ABS, EBD sistemləri var. Arxa kamera, USB, Bluetooth bağlantısı, Start/Stop sistemi, Parkinq sensoru mövcuddur. Elektron sistemli kondisioner, arxa şüşələrin idarə olunması funksiyalarına malikdir.