Avtomobilin yaranması

İlk avtomobil necə və nə zaman yaranıb?

Bəs avtomobil sözünün mənası nədir? Bu məqaləmizdə bu suallara cavab tapacaqsınız.

Avtomobil sözü dilimizə yunanca (autós - "özü") və latınca mobilis (hərəkət edən) sözlərinin birləşməsi ilə yaranmış və heyvan ya da başqa bir vasitə tərəfindən itələnmək ya da çəkilmək əvəzinə özü-özünə hərəkət edən nəqliyyat mənasını verən fransızca "automobile" sözündən gəlmişdir.

Avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir.

1769-cu ildə Fransız Nikolas Yozef Kuqnot Ferdinand Verbist-in düşüncəsini həyata keçirtmiş və 23 oktyabrda buxar qazanı ilə işləyən və "fardier à vapeur" (buxarlı yük maşını) adını verdiyi vasitəni işə salmışdır. Öz-özünə hərəkət edən bu vasitə ağır topların daşınması məqsədi ilə Fransa ordusu üçün yaradılmışdır. Təqribən saatda 4 km. sürətə çatan fardilyer 15 dəqiqəlik bir avtonomiyaya sahib idi. Sükanı və əyləci olmayan ilk nəqliyyat sınağı vaxtı qəza baş verdi və bir divarı dağıtdı. Bu qəza 7 metr uzunluğunda olan vasitənin gücünü göstərirdi.

Avtomobillərin inkişafına buxar mühərriki ilə nail olunmayacağı aydınlaşan kimi alimlər öz qüvvələrini elektrik enerjisi ilə işləyən mühərriklərin inkişafına yönəldir.

Macar ixtiraçı Yedlik Anoş 1828-ci ildə dünyada ilk dəfə olaraq özünün miniatür avtomobil modeli üçün elektrik mühərriki ixtira edir.

avy_1.jpg

Dünyada benzinlə hərəkət edən ilk avtomobil Karl Benz tərəfində 1886-cı ildə yaradılıb. Bu yeni yaradılan avtomobil müasir dövrümüzdə istifadə edilən avtomobillərdən daha çox üç təkərli velosipedə bənzəyirdi. Benzinlə işləyən mühərrik maşının arxa təkərlərini hərəkətə gətirirdi və bu maşının maksimal sürəti 15 km/saat idi. Mühərrikin gücü isə cəmi 0,9 at gücünə bərabər idi və o, su vasitəsilə soyudulurdu.

İlk avtomobilin tarixində əsas mövqe tutan “Benz” avtomobil kompaniyasının əsası 1883-cü ilin dekabr ayında qoyulub. Kompaniya üç il sonra ilk 4 təkərli avtomobillərin istehsalına başlayıb.

Dünyada yaradılmış ilk avtomobil iki nəfər üçün nəzərdə tutulmuşdu. Maşının qeyri-standart dizaynı hərəkət zamanı çətinliklər yaradırdı. Keçmiş zamanlarda yollar at arabaları üçün nəzərdə tutulmuşdu və bu arabaların təkərləri yollarda cığırlar açmışdı. Bunun da nəticəsində avtomobilin ön təkəri maşının hərəkətini çətinləşdirirdi. Bu ön təkərlər çığıra düşmürdü və daim torpağın hündür hissəsində qalırdı.

1907-ci ildə 250.000 avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə 500.000-ə çatdı, sonralar yeni markaların yaranması və dünya sənayesinin inkişafı ilə əlaqədar bu say dəfələrlə artdı.

avy_2.jpg

2 istifadəçi baxışı

5 ulduzdan 5
  • 5 star
    2
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0
Superrrr
1 il əvvəl
Your review
Bu çox yaxşı məlumatdır ! Sizi təbrik edirəm və sizə təşəkkür edirəm ❤
Show more
19 nəfərdən 20 aşağıdakı rəyləri faydalı hesab etdi
  • Kamil 1 il əvvəl
    Çox gözəl məlumatlar vardır çox bəyəndim istəyirəm ki həmişə oxuyum. Bu məlumatı
əla
2 il əvvəl
Your review
cox gözəl məlumat var.
Show more
26 nəfərdən 28 aşağıdakı rəyləri faydalı hesab etdi