Bu gün hazırlanan və istifadə edilən nəqliyyat vasitələri fərqli dartma sistemlərinə malikdir.
Avtomobilin dartma sistemlərinə gəldikdə, ağla gələn şey avtomobillərin təkərləri ilə hərəkətini dəyişməsidir. Avtomobillərin dartma sistemləri avtomobillərdəki mühərrikin istehsal etdiyi gücün hansı təkərlərə köçürülməsinə dartma sistemi qərar verir.
Transmissiya orqanı olaraq istifadə olunan təkərlər diferensial sistemlə birlikdə köçürülür və avtomobillər hərəkət edir. Dartma sistemlərinə bu gün ön dartma, arxa və tam ötürücü sistemlər daxildir. Hər dartma sisteminin öz üstünlükləri və mənfi cəhətləri var.
4×4 sistem
4×4 sistemi avtomobillərdə 4 təkərin hamısına eyni dərəcədə güc göndərən sistemdir. Bu avtomobillərdə hər bir təkər digərləri kimi eyni sabit sürətlə döndürülür. Gücün eyni dərəcədə təkərlər arasında bölüşdürülməsi bəzi çətin situasiyalarda avtomobilin manevretmə qabiliyyəti üçün xeyirlidir. 4×4 avtomobillər gündəlik istifadə üçün tam doğru seçim olmaya bilər. Burada güc mühərrikdən gəlir və ötürücüyə göndərilir ki, bu, arxa və ön oxlar arasında gücü bölüşdürən cihaz kimi də tanınır. Bu sistemlə idarə olunan avtomobillər off-road avtomobillər kimi də tanınır. Çətin yollarda sürmək üçün ideal seçimdir. 4×4 avtomobillər digərlərinə nisbətən daha baha başa gəlir. Yanacaq sərfiyyatının azaldılmasına da müsbət təsir edə bilər (sistemin qapadılması zamanı). 4×4 avtomobillə dar küçələrdə dönmə əməliyyatı etmək istədikdə bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Bu cəhətdən hər tip yolda istifadədə çətinlik çəkə bilərsiniz. Bu sistemlərə, əsasən, böyük SUV avtomobillərdə rast gəlinir.
Front wheel drive – Ön təkərlər çəkən
Mühərrikdən gələn güc ön təkərlərə ötürülür və yalnız ön təkərlərin çəkməsinə şərait yaradır. Arxa təkərlər mühərrikdən heç bir güc əldə etmirlər. Ön təkərlər çəkən avtomobillər adətən nisbətən daha ucuz olurlar. Bu tipli avtomobillərdə ətraf mühitə müsbət təsir edəcək əlamətlər mövcuddur. Həmçinin yanacaq sərfiyyatına da qənaət etməyə imkan verir. Karbon dioksid qazı ilə ətraf mühiti digərlərindən daha az çirkləndirir. Bu avtomobillər qarlı havada daha rahat dartmaya malik olur. Çünki mühərrik ağırlığı dartan yəkərlər üzərinə düşür. Avtomobil mühərrikinin ağırlığı dartan təkərlər üzərinə düşdüyünə görə ön çəkən avtomobillər qarlı şəraitdə daha rahat dartmaya sahib olurlar. Ön təkərlər çəkən avtomobillərdə döngələrdə ön təkərlər həm dönmə, həm də dartma əməliyyatını birgə etdiyi üçün bu, daha çox, sürüşkən yollarda avtomobilin idarəetmədən çıxmasının qarşını alır.
Rear wheel drive - Arxa təkərlər çəkən
Arxa çəkən avtomobillərdə mühərrikin gücü avtomobilin arxa təkərlərinə ötürülür və bu arxa təkərlər avtomobili dartmağa başlayır. Ön təkərlər mühərrikdən heç bir güc qəbul etmir və avtomobili manevretmədən azad olurlar. Ağırlıq paylanması burada daha yaxşıdır. Bu sistemlə çalışan avtomobillər çətin hava şəraitində idarəetmə üçün çox çətinliklər yaradır. Qarlı, yağışlı havalarda sürüşmələr baş verə bilər. Avtomobilin mühərriki ön tərəfdə yerləşdiyindən onun ağırlığı bu təkərlərə əlavə olunmur. Arxa çəkən avtomobillərdə ön tərəfdə olan mühərrikə ötürücü birləşir. Yağışlı və ya qarlı hava şəraitində idarə olunan bir avtomobil təsəvvür edin. Hər hansı bir dönmə əməliyyatı zamanı avtomobilin ön təkərləri arxalardan asılı olmadan döndüyü halda arxa təkərlər sabit bir şəkildə irəliyə doğru hərəkət halında qalır və nəticədə balans pozulur. Beləliklə də avtomobil sürüşməyə və idarəetməni itirməyə başlayır.