ABS sistemi
ABS (açılış forması Anti-lock braking system) avtomobilin əyləc sisteminə nəzarət edən bir elektro-mexaniki blokdur...
ABS sistemi Avtomobil hərəkətdə olan zaman əyləci basdıqda təkərləri bloklayır.Müasir avtomobillərdə ABS sistemi anti-buksovka və qəzalı tormoz funksiyaları ilə təhciz edilib. İlk dəfə bu sistem dəmir yol nəqliyatında istifadə edildi.İlk testlər lokomativlərdə edildi. Eyni anda təkərləri bloklamaq yox məhz elektron idarə etmə vasitəsilə hər təkəri ayrı-ayrılıqda lazımı qədər bloklamaq olmağını təyin edən sistem quruldu.1920-ci ildə ilk ABS sistemlər təyyarələrdə qurulmağa başlanıldı. İlk istehsalını Avions Voisin şirkəti etdi.Bu şirkət avtomobil və hava nəqliyyatı istehsal edirdi. Həmin dövrdə əyləc sistemi mexaniki idi.Sürücülər əyləc pedalını çətinliklə basırdı və trosla təkərləri sıxırdı və bu da öz növbəsində avtomobilin idarəsini çətinləşdirirdi.Daha sonra vacuum sisteminə keçdilər və nisbətən bu əyləc sisteminin problemi aradan qalxdı. Amma bu vacum sistemi yenədə təkərlərin lazımı qədər bloklanmasını təmin edə bilmirdi.
1936-cı ildə Bosch şirkəti qəzalı vəziyyətdə əyləc funksiyasını patenləşdirdi. Lakin bu patenləşmə ilə Bosch şirkəti heçnə edə bilmədi.Həmin dövrdə texnikanın zəif inkişaf etməsi və digital məlumat ötürməsi olmadığından dolayı bir müddət qaldı,çünki əyləci basan zaman saniyənin mində biri qədər reaksiya verməli idi. İlk dəfə ABS sistemi 1971-ci ildə avtomobilə qoyuldu və buda təhlükəli idi, çünki ön təkərləri tam bloklaya bilmirdi. İlk dəfə tam şəkildə işləyən ABS sistemini almanlar düzəltdilər.Bosch çirkətindən başqa 1964-cü ildə Teldix GmbH şirkətidə ABS sisteminin inkişafı üzərində çalışırdı.Onların mühəndisi Geiz Liber gələcək ABS sisteminin əsasını qoydu. Daha sonra o Mercedes benzin elektronika texnikası ilə təhciz etməyə başladı və 1970-çi ildə tam şəkildə işləyən ABS sistemini elan etdilər. Bunu ABS 2 olaraq adlandırdılar və hər təkərdə sürəti ölçən sensor ,bundan əlavə ABS blokunda iki və daha artıq elektron klapan olurdu.Sistem təkərlərdəki sensorlardan daxil olmuş məlumat əsasında işləyirdi.Əgər onlar müxtəlif sürətlərlə dövr edirdilərsə,sistem özü lazım gəldikdə əyləcləyib sürəti stabiləşdirirdi.Bundan sonra isə sistem əyləçin güçlənməsini təşkil edə bilirdi.bu sistemin ən zəif cəhəti onun elektronikasının zəif olması idi.Daimler-Benz şirkəti proyektə Bosch şirkətinin injenerlərini dəvət etmişdi.Burada injenerlər böyük təcrübə əldə etdilər.Qeiz Liberdən ayrı olaraq işləyirdilər. Bosch şirkətinin injenerləri burada çalışdığı müddət ərzində avtomobil elektronikası barədə çox böyük təcrübə əldə etdilər.Anti Blok sistemini sonda Bosch şirkətinin injenerlərinin böyü səyi nəticəsində tam işlək vəziyətdə düzəldə bildilər. Sonralar da bir sıra təkmilləşdirmələr aparıldı.
2004-cü ildən etibarən Avropa Birliyində satılan hər avtomobildə ABS sistemi və standart komplektasiya olmalıdır.
ABS sisteminin işləmə prinsipinə görə o hər təkərdəki dövriyə sayını sayır. Sürüçü əyləci basdıqda elektro magnit klapanlar,hər təkərdəki dövriyə sayına görə sıxılır.Təcrübəli sürücü bunu hiss edir,amma sürücü hər təkərin əyləçinin idarəsini mexaniki şəkildə təyin edə bilmir,bunu ancaq ABS blokunun idarə etmə bloku təyin edir.
ABS bloku elektron və mexaniki hissədən ibarətdir. Elekrton hissəsi təkərlərdəki sensor,və ABS blokunun mexaniki klapanlar hissəsinin yarısında yerləşən elektron blokdur.Mexaniki hissə isə elektro blokun yanında yerləşən və özündə dəmir klapanları saxlayan bir blokdur.
ABS sistemi sürəti, əyləc basılma sayını, əyləcin hansı təzyiq əsasında basıldığını, öndə gedən nəqliyyatın məsafənin saxlanılmasını və s. funksiyaları olur.
Təcrübələr göstərdi ki, sürücülər ekstremal vəziyyətdə ya əyləci tam basmırlar və ya basıb buraxırlar. Buna görə əlavə olaraq "spet" sistemi quruldu. İlk dəfə bunu 1994-cü ildə Audi A6,C4 modelinə quruldu.proyektin adını "Brake assist" qoydular.daha sonra digər şirkətlərdə həmin standartlara uyğun ABS təkminləşdirdilər. Misal olaraq Volkswagen, Mercedes, Acura, Infiniti, BMW, Citroen, Rolls-Royce, Land Rover və Volvo cəkmək olar."spet" sistemi ABS sisteminin güçünü artırır. Əyləc sisteminə güc catmaqıda o yardımcı qüvvə kimi yardım etməyə başlayır.
BAS (Brake Assist System) sistemi – əyləclənməyə yardım edən sistem - Hərəkət zamanı təlaşa düşərək əyləc pedalını basarkən sürücülərin çoxu onu ABS sisteminin aktivləşməsi üçün kifayət edən güclə basmırlar ki, bu da əyləc məsafəsinin (əyləclənmədən sonra avtomobilin qət etdiyi məsafənin) artmasına səbəb olur. Brake Assist sistemi bu faktı nəzərə alır və ekstremal əyləcləmə vəziyyətlərində ABS sisteminin aktivləşməsi üçün tələb olunan gücü təxminən 40%-dək azaldır.
BAS sistemi kritik durumlarda ekstremal əyləcləmənin ilk anlarında sürücünün əyləc pedalını maksimal güclə basmasına imkan verir. Başqa sözlə, kəskin əyləcləmə zamanı bu sistem pedalın basılma gücünü deyil, onun hərəkət etmə sürətini qiymətləndirir və əyləc sistemini mümkün qədər tezliklə işə alır. Beləliklə, sürücülərin çoxu avtomobili yol şəraitinin imkan verdiyi dərəcədə mümkün qədər tezliklə saxlamaq iqtidarında olurlar. BAS sistemi yalnız ABS sistemi olan avtomobillərə quraşdırılı.
EBD (Electronic Brake Distribution) sistemi – Bu sistem ABS sisteminin daha mükəmməl inkişaf formasıdır.Bəzi kataloqlarda hətda ABS+EBD kimi qeyd edilir. EBD sistemi ABS sistemi ilə paralel işləyir.O məlumatı təkərlərdəki ABS sensorlarından alır. Əyləcləmə gücünün elektron bölüşdürücüsü - EBD sistemi ABS sisteminin əla əlavəsidir və əyləcləmə gücünü ön və arxa əyləclər arasında effektiv bölüşdürməyə imkan verir. Avtomobilin ön və arxa oxlarının üzərinə düşən yük fərqli olduğuna və əyləcləmə zamanı bu fərq daha çox dəyişdiyinə görə, EBD sistemi olmadan ekstremal əyləcləmə zamanı ön və arxa əyləclərin vaxtından əvvəl bloklanması baş verə bilər ki, bu da avtomobilin hərəkət kursunun dayanıqlığına mənfi təsir göstərir. EBD sistemi bu halı aradan qaldıraraq hər zaman anında əyləcləmə gücünü ön və arxa əyləclər arasında müəyyən faiz nisbətində bölüşdürür.
LED (Light-Emitting Diode) – işıq-diod indikatorları
İşıq-diod indikatorları ənənəvi közərmə lampaları ilə müqayisədə daha yaraşıqlıdır, amma məsələ təkcə bunda deyil. Onlar daha parlaq və təhlükəsizdir və o dərəcədə effektivdir ki, hətta benzinə çəkdiyiniz xərcləri 1% azalda bilər. İşıq-diod lampalı arxa fənərlərin reaksiyası ənənəvi lampalara nisbətən 10 dəfə sürətlidir ki, bu da ekstremal vəziyyətlərə reaksiya vermək üçün sürücülərin daha çox vaxta malik olmasına imkan yaradır. 100 km/saat sürətlə hərəkət zamanı bu, təxminən 6 metr əyləc məsafəsinə bərabərdir ki, bu da bir çox hallarda həlledici əhəmiyyət daşıya bilər.
FDR (Fahrdynamik-Regelung) sistemi – hərəkət kursunun dayanıqlığına yardım edən (hərəkət kursundan kənarlaşmanın qarşısını alan) system. Bu sistemin əsas təyinatı mürəkkəb yol şəraitində sürücüyə yardım etməkdir. Ekstremal vəziyyət yarandıqda FDR sistemi sürücünün vəziyyətə adekvat olmayan kəskin reaksiyasını kompensasiya edir və avtomobilin hərəkətinin dayanıqlığının qorunmasına kömək edir. Bu sistem hərəkət kursundan kənarlaşma təhlükəsini hiss edir və kənarlaşmanı məqsədyönlü şəkildə kompensasiya edir. FDR sistemi ESP sisteminin analoqudur.
HBA (Hydraulic Braking Assistance) – əyləcləmə zamanı hidravlik yardım funksiyası (Volvo tərəfindən hazırlanıb). HBA qəza vəziyyətlərində əyləclərdən effektiv istifadə etməyə yardım göstərir. İri diametrli diskləri olan bloklanma əleyhinə sistem və optimallaşdırılmış hidravlika istənilən vəziyyətlərdə əyləc məsafəsini qısaltmağa kömək edir. Bu funksiyadan aktiv istifadə etdikdə onun effektivliyi azalmır.