Emissiya sistemi və yanacaq

Daxili yanma mühərriki.

Avtomobil icad olunandan bu günə qədər demək olar ki eyni daxili yanma mühərriki ilə təchiz olunmuşdur. Yəni mühərriklər yanacaqla işə düşür. Yanacaq mühərrikdəki yanma otağında hava ilə qarışaraq yanır. Yanma nəticəsində yanacaq və havadakı digər maddələr çöküntü verir. Zaman keçdikcə bu çöküntülər qatlaşaraq İnjector və Klapanların üzərində yerləşir. Beləliklə yanacaq sistemində nasazlıqlar əmələ gəlir. Bu sistemin düzgün işləməməsi yanacaq sərfiyyatının artmasına zəhərli qazların çoxalmasına və emissiya sisteminin sıradan çıxmasına səbəb olur. Eyni zamanda yanma nəticəsində əmələ gələn zəhərli qaz mühərrikdən çıxdıqdan sonra katalizatorda təmizlənir və havaya çox az miqdarda zəhərli qazın çıxmasına səbəb olur. Əgər çıxan qaz normadan artıqdırsa datçik Elektronik Beyinə ECU informasiya verir. Mühərrik o dəqiqə qəza vəziyyətinə düşür, bəzən isə tamamilə dayanır. Emissiya sisteminin uzun müddət işləməsi üçün yanma otağı və yanacaq sistemi təmiz qalmalıdır. Müasir avtomobillərdə emissiya sistemi bir neçə datçiklərlə zənginləşdirilmişdir.

Aşağıda emissiya sistemi ilə bağlı ehtiyat hissələri çox bahalıdır, ümumi qiymət 5000 AZN ətrafında olur (Air Flow Meter, Catalytic Convertor, Particular Filter , Air Injection Pump, Engine Control Unit, Mass Air Flow Sensor, Oxygen Sensor).

Bu ehtiyat hissələrindən hər hansı biri nasaz olarsa mühərrik işə düşməyə bilər. Buna görə də yanacaq sistemini təmiz saxlamaq lazımdır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0