Generatorun sıradan çıxması

Avtomobilin generatoru (dinamo) avtomobilin ən mühüm komponentlərindən biridir.

Generator avtomobili sabit cəryanla təmin edir və onda olan istənilən nazazliq dərhal aradan qaldırılmalıdır.

Generatorun sıradan çıxdığını göstərən amillər bu məqalədə qeyd edilmişdir.

Avtomobil faraları zəif şəkildə işıqlandırırsa. Bu amili hava qaranlıq olduqda müşahidə edə bilərsiniz. Bu zaman generatoru firladan çöl remenı yoxlatdırmaq lazımdır.

Çöl remen bir çox müasir avtomobildə dinamodan başqa digər qurğular, məsələn: kondisioner kompressorunu aktivləşdirir. Bu remen uzandıqda həm səs verir, həm də dinamonun normal fırlanmasının qarşısını alır və nəticədə akkumulyatora ötürülən cərəyan aşağı düşür.

Avtomobilin mühərrik hissəsində sürtünmə kimi səslər gəlirsə generatorda problem ola bilər. Bu zaman da yoxlatdırmaq lazımdır. Genetrator normal işləmidiyi bir halda akkumlyatora normal cəryanla yüklənə bilmir və nəticəcədə starteri firlada bilmir və bu da mühərrikin işə düşməsində çətinlik yaradır.

Cihazlar panelində akkumulyator işarəsi yanırsa bu da generatordan xəbər verə bilər. Bu işarənin yanması onu göstərir ki, avtomobilin dinamosu akkumulyatora cəryan ötürmür və sizin akkumulyatorda enerji qurtarana qədər hərəkət edə biləcəksiz.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0