Katalizator və onun tutulması

Katalizator avtomobildə zəhərli qazlardan qorunmaq üçün istifadə edilir. Avtomobillər işləyərkən xaric etdikləri zəhərli qazlar katalitik çeviriciylə ətraf mühitə zərər vermir. Bu zəhərli qazlar yağın və yanacağın yanmasından əmələ gəlir. Yanacaq nasosu ilə yanacaq çəndən mühərrikə və yanma kamerasında hava ilə qarışaraq yanır. Əmələ gələn zəhərli qazlar çıxış klapanından kollektora ondan sonra isə katalizatora gedir. Katalizatorun içərisində xüsusi filtr var. Katalizator bu filtrin köməyi ilə dəm qazını, benzin buxarını (HC) və azot oksidlərini (NOx) insan üçün zərərsiz olan su, karbon qazı (CO2) və azota (N2) çevirir. Avtomobilin çıxış borusundan su axdığını yəqin ki, görmüsünüz. Əlbəttə, bu həmişə olmur. Bu təkcə temperatur fərqindən yaranan kondensat deyil, həm də katalizatorun neytrallaşdırıcı funksiyasıdır.

350°C-650°C katalizatorun işçi temperaturudur. Bu aralıq sabit deyil. Bəzi modellərdə daha yüksək ola bilər. Katalizatorun resursu adətən 250 min km-ə qədər olur. Lakin bu rəqəm azala bilər (hətta 100 min km-ə qədər). Buna səbəb ola bilər: avtomobilin daim qısa məsafələrə hərəkət etməsi (məsələn: şəhər daxilində) və s. Bəs niyə belə olur deyirsinizsə katalizatorun kifayət qədər qızmamasını deyə bilərik.

Katalizator adətən iridium, platin, qızıl , paladium, keramika  qarışığından əmələ gəlir. Bu maddələr yüksək temperatura dözür və özlərindən digər maddələri keçirmirlər. Bu maddələr yanmayan, yada yanma nəticəsində əmələ gələn tullantılardır. Təzyiq artdıqca temperatur da yüksəlməyə başlayır. Qəbul olunmuş temperatura çatdıqdan sonra yanma baş verir və yanmayan maddələr katalizatordan kecərək 90 faizə qədər zərərsizləşir. Ətraf mühiti qorumaq məqsədi ilə katalizatorlar mərkəzi elektronik sistemə birləşdirilmişdir.

Katalizator tutularsa nə olacaq?

İşlənmiş qazlar normal xaric edilə bilməyəcək. Nəticə olaraq yanacaq sərfiyyatı arta bilər, yanacaq yağlama sisteminə daxil ola bilər. Buna səbəb qeyd etdiyimiz kimi qazın normal xaric edilə bilməməsi səbəbindən əks təzyiq yaranmasıdır. Bu da dolayısı ilə mühərrikin sıradan çıxmasına səbəb olur. Əgər yanacaq sərfiyyatınən xeyli artdığını və sürəti çox gec yığdığını müşahidə edirsinizsə bu katalizatorun tutulmasının əlamətidir. Avtomobilin işə düşməməsi və ya işə salan kimi boğulub sönməsi katalizatorun tamamilə tutulmasının göstəricisidir. Bəzən avtomobillərdə "check engine" işarəsinin yanmasının səbəbi də katalizator ola bilər. Bu problemin səbəbi yamacaq sistemindəki nasazlıq da ola bilər. Vaxtında problemi tapıb düzəltmək lazımdır. “Check engine” işığını söndürməyin mənası yoxdur. Onsuz da yenə yanacaq. Katalizatorlar cox dözümlü olmasına baxmayaraq tez sıradan çıxa bilər. Buna səbəb yanacaqdakı və istifadə etdiyiniz mühərrik yağındakı kükürd, sink və digər bu sistemə yad elementlərdir. Ətraf mühiti qorumaq məqsədi ilə katalizatorlar mərkəzi elektronik sistemə birləşdirilmişdir.

Katalizatoru xaricdən yoxlamaq olar. Müəyyən hissələrinin rəngi dəyişibsə, bu güclü qızmanın əlamətidir. Həmçinin mexaniki zədələr daxildəki dağılmasına səbəb olur. Əgər xaricində bir dəyişiklik yoxdursa, açıb içindəki şanlara baxmaq olar. Əgər katalizatorun konstruksiyası içindəki pətəyi görməyə imkan verirsə, onda şanların bütöv olmasını və tutulmadığını yoxlaya bilərsiniz.

kat_2.jpg

Avtomobilin işə düşməməsinin səbəbinin katalizatorun tutulması olduğunu öyrənmək üçün, əvvəlcə, katalizatordan qabaq duran sensoru (oksigen sensoru) açıb buraxın. Açdıqdan sonra bir daha cəhd edin. Əgər avtomobil işə düşərsə, deməli, katalizator dəyişdirilməlidir.

Çıxış konturundakı təzyiqi ölçə bilərsiniz. Bunun üçün birinci (mühərrik tərəfdən) oksigen sensorunu açıb əvəzinə manometr bağlayın. İşləyən mühərrikdə dövrlərin sayını dəqiqədə 3000-ə qədər qaldırarkən təzyiq 0.3 bar-dan artıq olmamalıdır. Əgər təzyiq bundan çoxdursa, deməli katalizator artıq tutulub.

Katalizatorlar çox bahalı bir hissədir. Sıradan çıxdığına əmin olmadan dəyişməyin. Əgər onlar sıradan çıxarsa mühərrik və elektronik sistem də zədələnir. Bu vəziyyətə düşməmək üçün məsləhət olaraq deyə bilərik ki , yanma kamerasını təmiz saxlayın və yeni nəsil yağlardan istifadə edin.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0