Klapan nədir və niyə sıradan çıxır? Problem necə həll edilməlidir?

Avtomobil çalışarkən mühərrikə yanacaq sistemi vasitəsilə yanacaq və təbii ki, hava daxil olur.

Bu zaman klapan adlanan hissələr bu prosesi yerinə yetirən bir növ keçid rolunu oynayır. Əgər bir və ya bir neçə klapan sıradan çıxsa bu, mühərrik üçün fəlakətli nəticələrə səbəb ola bilər. Klapan ilk olaraq mütləq dəqiqlik tələb edir. Tam dəqiqliyinin əldə edilməməsi problemlərin yaranmasına səbəb olur. Mühərrik klapanı 2 əsas hissədən iarət olur: başlıq və gövdə hissə. Əgər klapanlar əyri yerləşdirilmiş olsa və ya açılıb-bağlanmasında problemlər olarsa bu digər sistemlərə də öz mənfi təsirini göstərəcək

 

Klapanlar niyə sıradan çıxır?

kl_1.jpg

Klapan metalı keyfiyyətsiz olduğu halda onun qırıla və ya deformasiyaya səbəb ola bilər. Həmçinin klapanın hissələri və həmçinin onunla birbaşa əlaqədə olan hissələrdə də problem olduğu təqdirdə bu klapanların sıradan çıxmaına səbəb olacaq. Klapan düzgün və nizamlı şəkildə avtomobilə təchiz edilməlidir. Əgər həddindən artıq yüksək temperaturda işləyərsə bu zaman ixrac klapanı istiliyin təsirilə sıradan çıxacaq. Yanacağın da müəyyən qədər təsiri ola bilər. Yanacaq kirli olarsa bu hal klapanın yeyilməsinə səbəb olur. Nəticə olaraq bu da sıxılmanın azalmasına gətirib çıxaracaq.

Problemləri necə aradan qaldırmaq olar?

1. Yeyilmənin miqdarını araşdırın.

2. Hər bir detalı və komponenti ayrıca yoxlamaq lazımdır. Beləcə problemin qaynağı asanlıqla tapılar və aradan qaldırılar.

3. Alınan hissələrin keyfiyyətli olmasına xüsusi nəzarət etmək lazımdır. 

4. Hər bir xüsusi detala, ölçülərə və s. onların düzgün yerləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır.

Ümumiyyətlə, problem yarandıqda onu dəqiq araşdırmaq lazımdır. Əsl səbəbini tapmaq lazımdır. Qırılmış klapanı dəyişmək bəzən problemi aradan qaldırmaya bilər, əgər ki, buna səbəb istiqamətləndirici klapanda yanlış nizamlamadırsa, bu aradan qaldırılmadıqca, yeni istifadə edilən klapan da qısa müddətdə sıradan çıxıb, qırılacaqdır. Yanmış klapanı dəyişmək bəzən sıxılmada yaranan problemi aradan qaldırmaya bilər, əgər Yanmaya səbəb silindr başlığıdırsa klapanı dəyişmək yenə də problem həll etməyəcək.  

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0