Ön paneldə heçnə işləmirsə nə etməliyik ?

Əslində, bu məqaləmizdə bir neçə mövzuya toxunacağıq: Ön panelin işləməməsi, onun səbəbləri, həmçinin avtomobilə əlavə sistem düzgün quraşdırılmazsa yarana biləcək problemlər.

Ön panelin işləməməsi halı ilə bəlkə də rastlaşmısınız ya da baş verə biləcəyində ehtiyat edirsiniz. Avtomobil idarə edərkən sürət göstəricisi, benzin sərfiyyatı və s. Ön paneldə yerləşən göstəricilər işləməyə bilər. Xüsusiə də, sürət göstəricisinin işləməməsi xoşagəlməz bir haldar. Amma bu kimi hallarda təşvişə düşməyə ehtiyac yoxdur. Hər bir problemdə olduğu kimi bu problemin də səbəbləri var. İlk olaraq qeyd edək ki, səbəb elə ön panel sistemində nasazlıqların yaranmasından formalaşa bilər. Əgər ön panel tamamilə sıradan çıxmışdırsa onu dəyişmək zərurəti yarana bilər. Bu da böyük xərc deməkdir.

on_2.jpg

Başqa bir daha çox rast gəlinən səbəb peredoxranitelin yanması ola bilər. Əgər onun yandığını təsbit etmisinizsə mütləq dəyişmək lazımdır. Hansı voltluq peredoxranitelin yandığını bilirsinizsə ustaya göstərməyə ehtiyac yoxdur. Bunu özünüz də reallaşdıra bilərsiniz. Bunu necə etmək olar deyirsinizsə bu barədə məlumat adətən qapağın içərisində təlimatlarda qeyd edilir. Bu təlimatlardan istifadə edərək onu dəyişə bilərsiniz. Təlimatlar əksər hallarda başqa dillərdə olur. Bu zaman da onu anlamaqda çətinlik çəkirlər. Bu halda yaxşı olardı ki, ustaya müraciət edəsiniz. Qeyd edək ki, avtomobillər istehsal olunarkən onun bütün elektronik təchizatları dəqiqliklə hesablanaraq ana sistem və ona bağlı tənzimləyicilər, qoruyucular quraşdırılır. Bir çox sürücülər avtomobilə əlavə sistemlər quraşdırırlar. Buraya səs sistemi,siqnal, əlavə işıqlandırma, kilidlənmə sistemi və s. daxil ola bilər. Sonradan avtomobilə quraşdırılan hər bir cihaz  əgər mütəxəssis tərəfindən sistemə uyğun qurulmazsa, sistem onu tanımayacaq və o, qəza şəraitində işləyəcək. Əlavə sistemlər avtomobiləin ana sisteminə uyğun olaraq quraşdırılmalıdır. Belə şəraitdə işləyən sistem yükləndiyi üçün sistemin hər hansı bir yerini istənilən an sıradan çıxara bilər.  Bu zaman predoxranitellər də işləməyə bilər, bu daha da təhlükəlidir və ağır nəticələnə bilər. Yuxarıda da qeyd edildiyi kimi ön panelin işləməməsi mənfi nəticələrdə biridir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0