Avtomobil çalışarkən mühərrikə yanacaq sistemi vasitəsilə yanacaq və təbii ki, hava daxil olur.
Katalizator avtomobildə zəhərli qazlardan qorunmaq üçün istifadə edilir. Avtomobillər işləyərkən xaric etdikləri zəhərli qazlar katalitik çeviriciylə ətraf mühitə zərər vermir. Bu zəhərli qazlar yağın və yanacağın yanmasından əmələ gəlir. Yanacaq nasosu ilə yanacaq çəndən mühərrikə və yanma kamerasında hava ilə qarışaraq yanır. Əmələ gələn zəhərli qazlar çıxış klapanından kollektora ondan sonra isə katalizatora gedir. Katalizatorun içərisində xüsusi filtr var. Katalizator bu filtrin köməyi ilə dəm qazını, benzin buxarını (HC) və azot oksidlərini (NOx) insan üçün zərərsiz olan su, karbon qazı (CO2) və azota (N2) çevirir. Avtomobilin çıxış borusundan su axdığını yəqin ki, görmüsünüz. Əlbəttə, bu həmişə olmur. Bu təkcə temperatur fərqindən yaranan kondensat deyil, həm də katalizatorun neytrallaşdırıcı funksiyasıdır.
350°C-650°C katalizatorun işçi temperaturudur. Bu aralıq sabit deyil. Bəzi modellərdə daha yüksək ola bilər. Katalizatorun resursu adətən 250 min km-ə qədər olur. Lakin bu rəqəm azala bilər (hətta 100 min km-ə qədər). Buna səbəb ola bilər: avtomobilin daim qısa məsafələrə hərəkət etməsi (məsələn: şəhər daxilində) və s. Bəs niyə belə olur deyirsinizsə katalizatorun kifayət qədər qızmamasını deyə bilərik.
Katalizator adətən iridium, platin, qızıl , paladium, keramika qarışığından əmələ gəlir. Bu maddələr yüksək temperatura dözür və özlərindən digər maddələri keçirmirlər. Bu maddələr yanmayan, yada yanma nəticəsində əmələ gələn tullantılardır. Təzyiq artdıqca temperatur da yüksəlməyə başlayır. Qəbul olunmuş temperatura çatdıqdan sonra yanma baş verir və yanmayan maddələr katalizatordan kecərək 90 faizə qədər zərərsizləşir. Ətraf mühiti qorumaq məqsədi ilə katalizatorlar mərkəzi elektronik sistemə birləşdirilmişdir.
Katalizator tutularsa nə olacaq?
İşlənmiş qazlar normal xaric edilə bilməyəcək. Nəticə olaraq yanacaq sərfiyyatı arta bilər, yanacaq yağlama sisteminə daxil ola bilər. Buna səbəb qeyd etdiyimiz kimi qazın normal xaric edilə bilməməsi səbəbindən əks təzyiq yaranmasıdır. Bu da dolayısı ilə mühərrikin sıradan çıxmasına səbəb olur. Əgər yanacaq sərfiyyatınən xeyli artdığını və sürəti çox gec yığdığını müşahidə edirsinizsə bu katalizatorun tutulmasının əlamətidir. Avtomobilin işə düşməməsi və ya işə salan kimi boğulub sönməsi katalizatorun tamamilə tutulmasının göstəricisidir. Bəzən avtomobillərdə "check engine" işarəsinin yanmasının səbəbi də katalizator ola bilər. Bu problemin səbəbi yamacaq sistemindəki nasazlıq da ola bilər. Vaxtında problemi tapıb düzəltmək lazımdır. “Check engine” işığını söndürməyin mənası yoxdur. Onsuz da yenə yanacaq. Katalizatorlar cox dözümlü olmasına baxmayaraq tez sıradan çıxa bilər. Buna səbəb yanacaqdakı və istifadə etdiyiniz mühərrik yağındakı kükürd, sink və digər bu sistemə yad elementlərdir. Ətraf mühiti qorumaq məqsədi ilə katalizatorlar mərkəzi elektronik sistemə birləşdirilmişdir.
Katalizatoru xaricdən yoxlamaq olar. Müəyyən hissələrinin rəngi dəyişibsə, bu güclü qızmanın əlamətidir. Həmçinin mexaniki zədələr daxildəki dağılmasına səbəb olur. Əgər xaricində bir dəyişiklik yoxdursa, açıb içindəki şanlara baxmaq olar. Əgər katalizatorun konstruksiyası içindəki pətəyi görməyə imkan verirsə, onda şanların bütöv olmasını və tutulmadığını yoxlaya bilərsiniz.
Avtomobilin işə düşməməsinin səbəbinin katalizatorun tutulması olduğunu öyrənmək üçün, əvvəlcə, katalizatordan qabaq duran sensoru (oksigen sensoru) açıb buraxın. Açdıqdan sonra bir daha cəhd edin. Əgər avtomobil işə düşərsə, deməli, katalizator dəyişdirilməlidir.
Çıxış konturundakı təzyiqi ölçə bilərsiniz. Bunun üçün birinci (mühərrik tərəfdən) oksigen sensorunu açıb əvəzinə manometr bağlayın. İşləyən mühərrikdə dövrlərin sayını dəqiqədə 3000-ə qədər qaldırarkən təzyiq 0.3 bar-dan artıq olmamalıdır. Əgər təzyiq bundan çoxdursa, deməli katalizator artıq tutulub.
Katalizatorlar çox bahalı bir hissədir. Sıradan çıxdığına əmin olmadan dəyişməyin. Əgər onlar sıradan çıxarsa mühərrik və elektronik sistem də zədələnir. Bu vəziyyətə düşməmək üçün məsləhət olaraq deyə bilərik ki , yanma kamerasını təmiz saxlayın və yeni nəsil yağlardan istifadə edin.
Avtomobilin generatoru (dinamo) avtomobilin ən mühüm komponentlərindən biridir.
VW qrup dünyanın ən məhşur avtomobil istehsalçılarından biridir. İstehsal olunan avtomobillər həm innovasiya, həm də komfortuna görə hörmətə layiqdir.
Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik və ya elektrik işləyən qurğudur.
Avtomobilin əyləc sistemi əyləc mexanizmindən (avtomobilin hərəkətinə qarşı müqavimət yaradır), əyləc ötürməsindən (sürücünün pedalda və ya lingdə ya ratdığı qüvvəni əyləc mexanizminə ötürür) və bəzi avtomobillərdə əyləc gücləndiricisindən (sürücünün pedala göstərdiyi təsir qüvvəsini artıraraq əyləc mexanizminə ötürür) ibarətdir.
Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır:
- Hərəkətli hissələrin dayandırılması ;
- Hərəkətli hissələrin sürətinin tənzimlənməsi;
- Hərəkət edən maşın gücünün ölçülməsi üçün onun əylənməsi;
- Sükutda olan hissənin vəziyyətinin saxlanması.
Əyləc diskləri və əyləc kötükləri
Sürtünmə təkərlərin fırlanmasını və bütövlükdə avtomobilin hərəkətini zəiflədir. Əyləc detalları sürtünüb sıradan çıxmağa yaxın bir hala gəldikdə, sürücü pedalı basdığı zaman metal şaybalar cingiltili səslər çıxarır və əyləcləmə pedalın sərbəst hərəkətinin ən aşağı nöqtəsində baş tutur. Bu, əyləcin sıradan çıxdığı barədə sürücüyə bir növ xəbərdarlıqdır. Əyləc disklərinin və əyləc kötüklərinin qeyri-bərabər sıradan çıxması supportda silindrlərdən birinin ilişməsindən xəbər verir və bu zaman təkər ya sonadək əyləclənmir, ya da həddən artıq əyləclənir. Əgər silindr əyləc mayesi ilə örtülübsə və silindrdəki porşenlər çətinliklə sürüşürsə, deməli, nə isə maneə və ya pas yaranıb nəticədə silindri dəyişmək lazımdır. Sıradan çıxmış əyləc kötükləri əyləc disklərinin dəyişdirilməsi proseduru ilə yanaşı, əyləc sisteminin profilaktikaya da ehtiyacı var.
Adi situasiyalarda əyləc pedalından mümkün qədər az istifadə etmək, ötürücünü işlək rejimdə saxlamaqla yavaş-yavaş işıqforun qarşısındakı dayanma xəttinə doğru irəliləmək və yalnız sonda tam dayanmaq üçün pedalı yüngülcə basmaq tövsiyə olunur. Bu əyləc sisteminin üzərinə düşən yükü azaltmağa və əyləc diskləri ilə əyləc kötüklərinin istismar müddətini 1,5-2 dəfə artırmağa imkan verir. Təhlükəsizliyin artırılması üçün əyləc sistemi ikikonturlu sxem əsasında düzəldilib. Əyləclərin bloklanmasına qarşı sistemlə təchiz olunmuş avtomobillər özünüdiaqnostika sensorları ilə təchiz olunur. Sistemdə hər hansı nasazlıq yarandıqda cihazlar panelində nəzarət lampası yanır.
Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir. Məsələn, sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə (buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə istilik enerjisinə çevrilir.
Əyləc sisteminin işinin etibarlılığını yüksəltmək üçün o, əlahiddə ötürmələrlə təmin edilir, yəni bir pedaldan istifadə etməklə, qabaq və arxa əyləc mexanizmləri ayrılıqda idarə edilir və ya ikikonturlu əyləc ötürməsi tətbiq edilir. ABS-in (bloklanma əleyhinə sistem) olmadığı avtomobillərdə əyləc pedalını kəskin basdıqda pedal bloklanır və avtomobil çox zəif hərəkət edir. Əyləc pedalını sıxdıqda sürətin azalmadığını hiss etdikdə pedalı buraxmaq və bir neçə dəfə yenidən kəskin şəkildə basmaq sıxmaq lazımdır.
ABS olan avtomobillərdə o işə düşübsə, deməli, siz məsafəni və təhlükəsiz sürəti düzgün hesablamamısınız və avtomobil sizin səhvinizi düzəltməyə çalışır.
Bəzi avtomobil istehsalçıları metal əyləc boruları üçün adi poladdan istifadə edirlər, o isə paslanmaya məruz qalır. Yeganə çıxış yolu bu məmulatın paslanmayan poladla əvəzlənməsidir.
Məlum olduğu kimi, hər bir nəqliyyat vasitəsində istifadə olunan müəyyən bir ölçülü yanacaq çəni var. Yanacaq çənlərinin 40 litrdən 70 litrə qədər həcmdə ola biləcəyini görürük.
Bugün daxili yanma mühərrikləri bildiyimiz kimi avtomobillərdə, qatarlarda, hava nəqliyyatında, gəmilərdə və stasionar maşınlarda tətbiq edilir.